2012-ci ilin başa çatmasına az qalıb. Müxalifətin qarşıdakı 17 gündə etiraz aksiyası keçirib-keçirməyəcəyi hələlik bəlli deyil. Son etiraz aksiyası 10 dekabrda şəhərin mərkəzində keçirildi. Müxalifətin aparıcı qüvvələrinin cəmləşdiyi İctimai Palatadan verilən açıqlamalardan belə görünür ki, böyük ehtimalla elə məhz 10 dekabr aksiyası ilin son etiraz aksiyası olacaq. Bu mövzuda danışan AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, İctimai Palatanın növbəti aksiya ilə bağlı qərarı necə olacaq hələ bilinmir: “Ola bilər ki, 2012-ci ilin son aksiyası 10 dekabr aksiyası olsun. Dekabr ayında etiraz aksiyasının olub-olmayacağını yəqin ki, İctimai Palatanın Koordinasiya Şurası müzakirə edib qərara gələcək. Biz də həmin qərara hörmətlə yanaşacağıq”. Oxumağa davam et